Menu

Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

16.10.2016, 14:36
Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

O, oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib

Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela mədaəaltı vəzin iti iltihabı xəstəliyindən (pankreatit) vəfat edib.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda Litav parlamenti sədrinin müavini Alqirdas Sisas bildirib.

İnformasiyaya görə, o, mədəaltı vəzin iltihabı diaqnozu ilə cari ilin avqustunda xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstə olmasına baxmayaraq, bu ilin oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib.

Qeyd edək ki, Yuras Pojela Litva Sosail –demokrat Partiyasının üzvü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol