Menu

Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar - Məmurların yaşadıqları binadan

16.10.2016, 15:15
Bakıda evdən külli miqdarda qızıl və dollar apardılar - Məmurların yaşadıqları binadan

Bakıda evdən külli miqdarda pul və qızıl oğurlanıb.

Mirzə Fətəli Axundov küçəsində yaşayan 1965-ci il təvəllüdlü Hümbətov Yusif Zülfüqar oğlu polisə müraciət edərək bildirib ki, mənzilindən 24 min dollar və 15 min dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

O bildirib ki, səhərdən axşamadək mənzildə kimsənin olmadığı vaxt mənzilin mətbəxinin pəncərəsi sındırılıb və yataq otağındakı dolabda saxlanılan pul və qızıllar aparılıb.

Əməliyyat-axtarış tədbirləri keçirilir. (Lent.az)

Maraqlıdır ki, bu oğurluq bir sıra yüksək çinli məmurların yaşadığı binada baş verib. "AzPolitika"ya verilən məlumata görə, oğurluğun baş verdiyi binada MSK sədri Məzahir Pənahov, vitse-spiker Ziyafət Əsgərov, deputat Eldar İbrahimov və digərləri yaşayırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol