Menu

Ağstafada iki avtomobil toqquşub, yaralılar var

16.10.2016, 18:37

qezaAğstafada üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılardan iki nəfəri Qazax Müalicə Diaqnostika Mərkəzinə, bir nəfər isə Ağstafa mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol