Menu

Qubada 37 yaşlı kişi bıçaqlanıb

16.10.2016, 23:12

BicaqBu gün axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir neçə bıçaq xəsarəti alan rayonun Alekseyevka kənd sakini, 1979-cu il təvəllüdlü İsrafilov Oqtay Zərifşah oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan O.İsrafilovun vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol