Menu

Palata iki bankın filial və şöbəsinin açılmasına icazə verib

17.10.2016, 11:05

nezaret palatasiMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən "Naxçıvanbank" ASC-nin "Ordubad rayon" filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün MBNP-yə daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və onların açılmasına dair qərar qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol