Menu

Qeyri-sabit və yağıntılı hava oktyabrın 19-dək davam edəcək

17.10.2016, 11:24

meteoroloji-den-siddetli-yagis-uyarisi-90876-5Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədar olaraq dünəndən başlayaraq qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb.

Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol