Menu

Avropa ölkələri yeni futbol çempionatı yaradır

17.10.2016, 11:53
Avropa ölkələri yeni futbol çempionatı yaradır

Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni futbol çempionatı yaratmağa qərar veriblər.

"Report"un "Sabah"a istinadən verdiyi məlumata görə, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveçdə artıq məsələ ilə bağlı işə başlanılıb.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək. Artıq Danimarkanın "Kopenhagen" klubu bu məlumatı təsdiqləyib. "Anderlext", "Seltik", "Ayaks", PSV, "Rusenborq", "Malmö" və "Brügge" klublarının da çempionata qatıla biləcəyi bildirilir.

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol