“Hansısa qüvvənin 5-ci kallonasının hakimiyyətdə olması, ölkənin aqibətinin ağır bir xəstəliyə düçar olması deməkdir”
“Mən qlobal siyasət üzrə ekspert kimi bu məsələyə real nöqteyi nəzərdən baxmağa çalışıram”. Bunu AzPolirtika.info-ya açıqlamasında Gürcüstanın “İverili” Anti-Qloballaşma mərkəzinin rəhbəri, politoloq Zviad İremadze Ermənistan parlamentində prezidentin bir dəfə olmaqla 7 illik seçilməsi kimi qərarının Cənubi Qafqaz ölkələrinə təsirindən danışarkən deyib. Onun sözlərinə görə, bütün ölkələrdə yaşayan əhali üçün prezidentin və ya hakimiyyətin neçə illik seçilməsi elə də böyük əhəmiyyət kəsb etmir:
“Ölkədə əhali üçün əsas iqtisadi və siyasi nəticələr önəmlidir. Bu da ölkədə sosial vəziyyətin və sülhün olması üçün vacib məsələdir. Lakin əfsuslar olsun ki, siyasətçilərin və onların rəqiblərinin başqa planları var. Bir çox ölkə daxili dairələr və partiyalar hakimiyyətin uzun müddət idarəçiliyinin əleyhinə olacaq. Çünki onların hamısı hakimiyyətə gəlmək uğrunda mübarizə aparır. Nə qədər tez-tez seçkilər keçirilərsə onların maddi vəziyyəti daha da yaxşılaşır. Bu isə ölkə üçün çox ağır nəticələr verir. Əgər hakimiyyətdə marianetka və ya 5-ci kalon tipli idarəetmə hökm sürürsə, bu da hakimiyyətin süqutu deməkdir. Hesab edirəm ki, hakimiyyətdə olan rəhbər, ilk növbədə ölkəsinin və dövlətinin inkişafı üçün durmadan səy göstərir və sırf öz dövlətinin maraqlarından çıxış edirsə, o rəhbərlik daimi hakimiyyətdə qalmalıdır. Əlbəttə, hansısa qüvvənin 5-ci kallonasının hakimiyyətdə olması, ölkənin aqibətinin ağır bir xəstəliyə düçar olması deməkdir. Həmin hakimiyyət nə qədər çox hakimiyyətdə qalarsa, həmin dövlətin süqutu bir o qədər yaxınlaşmış olacaq. Ona görə də hesab edirəm ki, əsas məsələ prezidentin və ya hakimiyyətin neçə il müddətinə seçilməsi deyil, daha vacib məsələ hakimiyyətə hansı və necə rəhbərliyin gəlməsidir”.
Ülkər Musazadə


Şərhlər