Menu

İraq ordusu qədim şəhəri terrorçulardan azad edib

18.10.2016, 10:45
İraq ordusu qədim şəhəri terrorçulardan azad edib

Mosulun cənub-şərqində yerləşən qədim Nimrud şəhəri İraq ordusunun nəzarətinə keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Nimrud şəhəri üzərində İraqın dövlət bayrağı qaldırılıb.

Məlumata görə, ötən ilin martında terrorçu İŞİD qruplaşması bu şəhəri ələ keçirərək, tarixi abidələri dağıdıb.

Qeyd edək ki, 2003-cü ildə ABŞ ordusu İraqa girəndə də bu şəhərə böyük ziyan dəymişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol