Menu

Zakir Həsənov Çexiyaya gedib

18.10.2016, 11:55
Zakir Həsənov Çexiyaya gedib

"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə oktyabrın 17-də Praqa şəhərinə səfərə gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində Z.Həsənov Çexiya Respublikasının müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol