Menu

“Hərbi Hava Qüvvələrimiz Mosul əməliyyatında iştirak edir”- Binəli Yıldırım

18.10.2016, 13:38

binali yildirimTürkiyə Hərbi Hava Qüvvələri koalisiya qüvvələri ilə birlikdə Mosulda İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının parlament qrupunun toplantısında deyib. O bildirib ki, Türkiyə dövləti prezident Rəcəb Tayyib Ərdoğanın “Mosul əməliyyatında da olacağıq, masada da olacağıq” sözünün arxasındadır: “Hazırda Mosul əməliyyatında ön cərgədə olanlar Türkiyənin Mosul yaxınlığındakı Başika düşərgəsində təlim keçdiyi Ninova mücahidləridir. Ayrıca, koalisiya qüvvələrinin tərkibində havadan İŞİD mövqelərinə zərbə endirilməsində Hərbi Hava Qüvvələrimiz yer alıb. “Mosulda Türkiyənin işi yoxdur” deyənlər cavablarını alıblar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol