Menu

Rusiya iqtisadiyyatı sanksiyalarsız da bərbad vəziyyətdədir – ABŞ jurnalı

29.04.2014, 14:04
Rusiya iqtisadiyyatı sanksiyalarsız da bərbad vəziyyətdədir – ABŞ jurnalı

“Rusiya iqtisadiyyatı heç zaman olmadığı kimi hətta sanksiyalarsız da çox pis görünür”. ABŞ-ın “Bloomberg Businessweek” jurnalının bu sərlövhəli məqaləsində Rusiya iqtisadiyyatının hazırki durumuna nəzər yetirilir. “Azpolitika” həmin məqalənin tərcüməsini təqdim edir.

“Rusiyanın artan iqtisadi çətinliyinin əlaməti Mərkəzi Bankın əsas stavkaların mart ayından bu yana ikinci dəfə qaldırmasından sonra daha aydın görünməyə başlayıb. Eyni zamanda isə Standard &Poors ağentliyi Rusiyanın kredit reytinqini demək olar ki,ən aşağı həddə qədər endirib. Rusiya mərkəzi bankı bildirib ki, indiki 7%-lik infliysiyanı saxlamaq məqsədi ilə bank stavkasını 7,5%-ə qədər yüksəldib. Ancaq Londandakı Standard Bankının iqtisadçısı Tim Eş başqa fikirdədir: “Bunun inflyasiyaya aidiyyatı yoxdur və belə addım Mərkəzi Bankın öz müdafiəsini gücləndirmək siqnalı kimi başa düşülməlidir. Görülən tədbirlər ölkədən çıxan kapital axınını azaltmaq və rublu müdafiə etmək cəhdləridir”. Bankın bu vasitələrlə istədiyinə nail ola biləcəyinə böyük şübhələr var. İnkişaf edən ölkələr arasında builki valyuta siyahısına görə rubl ikinci ən pis göstəriciyə malikdir. Standard&Poors agentliyi Rusiyanın reytinqini aşağı salması haqqında yaydığı bəyanatında qeyd edir ki, Rusiya ilə Ukrayna arasındakı qarşıdurma ölkədən kapital axınını sürətləndirəcək. Belə ki, artıq ilk üç ay ərzində ölkədən çıxan kapitalın miqdarı 50 milyard dolları ötüb. Tim Eş isə güman edir ki, bu ilin axırına kimi həmin göstərici 200 milyard dolları keçəcək.

Hal-hazırkı şəraitdə Rusiya şirkətləri daha bahalı kreditlərlə üzləşəcəklər və bu isə resesiyanın kənarındakı iqtisadiyyata neqativ təsir göstərəcək. Tim Eş deyir ki, Ukrayna hadisələrindəki siyasi qeyri-müəyyənlik səbəbindən xarici şırkətlər Rusiya iqtisadiyyatına investisiya qoymayaraq sadəcə olaraq öz yatırımlarını dayandıracaqlar. İnkişaf edən bazarlar üzrə Londonun “Capital Economics İqtisadi Araşdırmalar Mərkəzinin” əməkdaşı Liza Yermolenko qeyd edir ki, Rusiyadakı infliyasiya 7% -dən yuxarı həddə qalacaq. L.Termolenko deyir: ”Bu Rusiyanın dərin iqtisadi problemlərinin nəticəsidir.Ona görə ki, əmək haqlarının artım tempi istehsaldan daha sürətli gedib”.

Bütün deyilənlərin hamısı Qərbin Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiqi haqqında düşündüyü zaman baş verir. Özünün Asiya turnesində prezident Obama Rusiyaya qarşı həyata keçirilməsi nəzərdə tutulan sanksiyalar barədə Avropa liderləri ilə telefon konferensiyası planlaşdırmışdı.

Dövlət katibi Con Kerri isə baş verən hadisələrlə əlaqədar deyib: ”Əgər Rusiya bu istiqamətdə irəliləməkdə davam edəcəksə, bu sadəcə ciddi səhv yox, bahalı bir səhv olacaq”.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol