Menu

Rüstəm İbrahimbəyov da Leyla Yunusun müdafiəsinə qalxdı

29.04.2014, 15:24
Rüstəm İbrahimbəyov da Leyla Yunusun müdafiəsinə qalxdı

Milli Şuranın fəxri sədri, Ziyalılar Forumunun rəhbəri, kinodramaturq Rüstəm İbrahimbəyov hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşı ilə birlikdə saxlanılaraq istintaqa cəlb olunmasına münasibət bildirib.

O, deyerler.org-un sorğusuna cavab olaraq, baş verənləri “dəhşətli hadisələr” adlandırıb.

“Hakimiyyət ölkədə az da olsa, qalan ictimai rəyi məhv etməyi qarşısına məqsəd qoyub. Leyla Yunus və Arif Yunus ən dəyərli, ən hörmətli ziyalılardandır. Neçə illərdir biz onların fəaliyyətlərini izləyirik. Leyla Yunus Azərbaycanda vətəndaş hüquqlarının müdafiəsi sahəsində liderdir. Onları belə vəziyyətə salmaq açıq-aşkar cinayətdir. Bu səhnələr dünyanın istənilən yerindən baxıldıqda həyacan və nifrət yaradır”, - deyə İbrahimbəyov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol