Menu

Pirallahı sakini pulemyot tapıb

19.10.2016, 12:54
Pirallahı sakini pulemyot tapıb

Bakı şəhər sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

Pirallahı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qəsəbə sakini Rasim Umudov 1 ədəd nömrəsi silinmiş RPK markalı pulemyot silahını və 63 ədəd 7,62 mm çaplı patronu, Bakı şəhər sakini Məqsəd Sarıyev isə tapdığı “AKS-74” markalı silahı, 6 ədəd avtomat patronunu və patron darağını könüllü olaraq polisə təhvil verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol