Menu

"Türkiyədə apreldə referendum keçirilə bilər" - AKP rəsmisi

19.10.2016, 13:37
"Türkiyədə apreldə referendum keçirilə bilər" - AKP rəsmisi

"Prezident idarəetmə sistemi ilə bağlı cari ilin aprelində referendum keçirilə bilər".

"Report" xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) baş katibinin müavini Həyati Yazıcı NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərnə görə, konstitusiyaya 12-15 maddəlik dəyişiklik təkilf edilir.

"Bu təkliflər 2017-ci ilin yanvarında Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq. Apreldə isə konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilə bilər", - deyə AKP rəsmisi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol