Tanınmış jurnalist Qulu Məhərrəmli “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə sayt yaradıb.
Bu haqda Modern.az-a danışan jurnalist deyib ki, baş redaktoru olduğu Azleks.az və Orfoqrafiya.az saytları tam pulsuz şəkildə xidmət göstərir:
“Bu, bir kommersiya işi deyil. Burada məqsəd ana dilinə xidmətdən gedir. Biz bunu faydalı bir topluya çevirmək istəyirik. Bununla mən, Dilçilik institutunda eləyə bilmədiklərimin bir qismini reallaşdırmağa çalışıram. Orda bu məqsədi (sorğu, cavblandırma) reallaşdırmaq üçün "qaynar xətt"ə bir il vaxt sərf edib əla proqramla işləyən bir sistem yaratdım, amma səmərəli işləyən yoxdur. Ona görə dillə bağlı işlərimizi burda (və pulsuz!) davam etdirirəm”.
O, elektorn lüğətlər toplusunun insanlar üçün faydalı olacağına inandığını qeyd edib.


Şərhlər