Menu

Türkiyə Mosul əməliyyatı üçün 16 təyyarə ayırıb

19.10.2016, 15:57
Türkiyə Mosul əməliyyatı üçün 16 təyyarə ayırıb

AzPolitika.info xarici KİV-ə istinadlə xəbər verir ki, Türkiyə Mosul şəhərinin «İslam dövləti» adlandırılan qruplaşmadan azad edilməsi əməliyyatlarında iştirak etmək üçün 16 ədəd F-16 döyüş təyyarəsi ayırıb. Bu barədə hərbi mənbələrə istinadla «Milliyet» qəzeti yazıb. Nəşrin məlumatına görə, bütün təyyarələr tam döyüş sursatı dəsti ilə İraqa uçmaq üçün əmr gözləyir.

Çərşənbə axşamı Türkiyənin Baş naziri Binəli Yıldırım parlamentə xəbər verib ki, Türkiyə hərbi-hava qüvvələri (HHQ) beynəlxalq koalisiyanın tərkibində Mosulun azad edilməsi əməliyyatında iştirak edir.

«Milliyet» qəzetinə müsahibəsində Yıldırım bildirib ki, Ankaranın əməliyyatda iştirakı məsələsi ABŞ-la pazılaşdırılıb. Bu məqsədlə Türkiyə hərbi qüvvələri Baş Qərargahının rəisi ötən həftənin sonu ABŞ-a səfər edib.

«Türkiyənin hava əməliyyatlarında iştirakı barədə prinsipial razılaşma əvvəldən var idi. Ehtiyac olduğu təqdirdə, bizim uçaqlar koalisiyanın tərkibində lazımi tapşırıqları yerinə yetirəcəklər» - deyə, Baş nazir qeyd edib.

Qəzetin məlumatına görə, Türkiyə uçaqları koalisiya qüvvələri komandanlığının Qətərdəki hərbi-hava qüvvələri bazasının sərəncamına veriləcək. Onlar hər gün 2 -10 uçuş yerinə yetirəcəklər.

«Hürriyyət»in yazdığına görə, Mosul əməliyyatı çərçivəsində İncirlik ABŞ-Türkiyə bazasını da hərəkətə gətirmək planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol