Menu

48 yaşlı kişi özünü asıb

20.10.2016, 10:30
48 yaşlı kişi özünü asıb

Quba rayonunda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Quba rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 19-da axşam saatlarında rayonun Banxanlı kəndində baş verib. 1968-ci il təvəllüdlü Şirinov Hafiz Hacıəhməd oğlu özünü yaşadığı evin həyətində asıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol