Türkiyə baş naziri Fəthullah Gülənin Türkiyəyə qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib
Region Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.ANS PRESS-in məlumatına görə, Ərdoğan partiyasının TBMM-dəki qrup yığıncağından sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablayıb.
Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.
Xatırladaq ki, Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirmişdi. O bildirib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib.
"Bu, bir zərbə cəhdi idi. Vətəndaş zərbəsi. Bunu etdilər. Əgər mən bu baş verənlərə qarşı səssiz qalmış olsaydım, hadisələr çox fərqli yerlərə gedə bilərdi. ABŞ bunları deportasiya etməlidir. Mən Amerikanın təhlükəsizliyini təhdid edənlərə nə edərsəm, strateji tərəfdaşımız olan ABŞ da bizim milli təhlükəsizliyimizi maraqlandıran addımlar atmalıdır"
Partiyasının qrup iclasında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən Türkiyəni sərt tənqid edən Almaniya prezidentinə od püskürüb. Türkiyə mətbuatının məlumatına görə, Qauk Yoaximi tənqıd edən Ərdoğan "Heç kim daxili işlərimizə qarışa bilməz"- deyib.
"Almaniya prezidenti gəlib mənimlə danışdıqdan sonra Orta Şərq Texniki Universitetinə (OTDÜ) gedir. Orada qəribə- qəribə şeylər danışır. Ona yalan-palan nə deyiblərsə onu da ifadə edir. Amma məni kədərləndirən bilirsiniz nədir? OTDÜ-də ona ev sahibliyi edənlərin həqiqəti deməmələri.
Almaniya prezidentinə bir şeyi də açıqca dedim. O da nə idi? Ölkəmizin daxili işlərinə qarışmalarına səbr göstərə bilmərik. Bunu da özünə söylədim.
OTDÜ- də də bu ifadəni işlətdi "Daxili işlərinizə qarışmaq kimi çıxmasın amma..." Biz o "amma"lardan çox görmüşük ona görədə "amma"larla məşğul olmağa vaxtımız yoxdur. Onun dövlət borcu nədirsə onu etməlidir. Hər halda hələ də özünü rahib hesab edir. Çünki əvvəllər rahib olub.
Almaniyada 8 vətəndaşımız öldürülüb. Bunun cavabını verə bilməyənlər gəlib bizə ağıl verməsin. Sən o ağlı özünə saxla. Biz keçmişin qandallarından, zəncirlərindən cəsarətlə xilas oluruq. Keçmişin qorxularını bir-bir söküb atırıq. Türkiyənin qarşısındakı divarı yıxırıq. Bizim qədim tariximizdə utanacağımız, qorxacağımız, çəkinəcəyimiz heç bir hadisə yoxdur. Biz keçmişimizlə üzləşdik və üzləşəcəyik. Bunu tək Türkiyə etməli deyil. Ümid edirəm ki, Ermənistan dövləti və erməni lobbisi bizim bu addımımızı görəcək. Eyni ürəkli, cəsur rəftarı onlardan da gözləyirik".
Misirdəki edam qərarına da toxunan Ərdoğan "Avropa Birliyi üzvü olan ölkələr hansı aksiyanı təşkil etdi? Bir səs varmı? Yox! ABŞ, Rusiya və digərlərindən də bir səs yoxdur. AKP danışanda bizə müsəlman olduğumuz üçün danışdığımızı deyib ucuzlaşırlar. Bu iş bu qədər asan deyil. Əgər insanın dəyəri varsa bunu göstərməlisiniz. Mənim üçün Ukraynada öldürülənlə Misirdə öldürülənlər eynidir"- deyib.


Şərhlər