Menu

Hacıqabul sakini göldə boğulub

20.10.2016, 17:42
Hacıqabul sakini göldə boğulub

Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Hacıqabul rayonunun Qızılburun kənd sakini 1986-cı il təvəllüdlü Şahməmmədov Namiq Şəhriyar oğlu bu gün əkin sahəsində qoyun otaran zaman qıcolmadan orada olan gölə yıxılıb.

Namiq Şahməmmədov göldə boğularaq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol