Menu

19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü

21.10.2016, 09:41
19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü

Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Trend-ə Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol