Menu

Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlandı

21.10.2016, 17:05
Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlandı

Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və Dövlət İmtahan Mərkəzi tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılma vaxtı açıqlanıb.

APA-nın xəbərinə görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir. Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol