Menu

Rusiyada helikopter qəzaya uğradı

21.10.2016, 22:48
Rusiyada helikopter qəzaya uğradı

Rusiyanın Yamal-Nenets muxtar dairəsinin ərazisində, Urenqoy qəsəbəsinin yaxınlığında “Mi-8” təyyarəsi sərt eniş edib.Virtualaz.org “MegaTyumen.ru” saytına istinadən xəbər verir ki, Krasnoyarsk diyarından Yamaldakı Yeni Uronqoy şəhərinə neftçiləri daşıyan helikopterin göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olub.

Ekipaj üzvlərinin bildirdiklərinə görə, helikopter hazırda havaya qalxmaq iqtidarında deyil, sərt eniş nəticəsində 3 nəfər xəsarət alıb.

Xilasedicilər helikopterin olduğu yerə yollanıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol