Menu

Tehranda Xəzər dənizinin hüquqi statusu müzakirə ediləcək

22.10.2016, 16:10

Xezer deniziİclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək

Oktyabrın 23-24-də Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçiriləcək.

Report İRNA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

İki gün davam edəcək iclasdan sonra Birgə Bəyannamənin qəbul edilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol