Menu

Xorvatiya prezidenti Bakıda Robert Prosineçki ilə görüşəcək

22.10.2016, 20:09
Xorvatiya prezidenti Bakıda Robert Prosineçki ilə görüşəcək

Prezidentin səfər proqramına Bakıdakı Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxildir

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşəcək.

"Report"un Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş xanım dövlət başçısının oktyabrın 23-dən ölkəmizə başlanacaq üç günlük səfəri çərçivəsində baş tutacaq. 48 yaşlı prezidentin səfər proqramına Bakıda fəaliyyət göstərən Xorvatiya ictimaiyyətinin nümayəndələri ilə görüş də daxil edilib. Onların arasında ən məşhur sima məhz Prosineçkidir. Dəqiq tarix açıqlanmasa da, onların səfərin sonuncu günündə bir araya gələcəkləri gözlənilir.

Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyadadır. O da elə sabah Bakıda olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol