Dünən Moskvada dünya şöhrətli sovet futbolçusu, qapıçı Lev Yaşinin büstünün açılışı olub.
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, büst “Rusiya şöhrət xiyabanı”nda qoyulub.
Di gəl ki, abidənin üzərində yalnışlığa yol verilib. Lev Yaşinin ölüm tarixi 20 mart əvəzinə 20 aprel kimi göstərilib.
“Rusiya şöhrət xiyabanı”nın Moskva şöbəsinin nümayəndəsi Vladimir Koşlakov deyib ki, bu səhvin necə baş verdiyini anlaya bilmir: “Yaxın günlərdə tarixi mütləq düzəldəcəyik. Rəqəmin üzərini nə iləsə örtərik, ilin daha isti vaxtlarında isə abidənin üzərinə xüsusi lövhə yapışdırarıq və orada bütün zəruri məlumatları yerləşdirərik. Bunu indi etsək, rənglər qopa bilər, hava soyuqdur”.


Şərhlər