Menu

İtaliyanın sahil xidməti 1000 miqrantın həyatını xilas edib

22.10.2016, 23:44

miqrantİtaliyanın sahil xidməti 1000 miqrantın xilas edildiyini bildirib. "RİA Novosti" xəbər verir ki, Aralıq dənizində Afrikadan gələn minlərlə insan xilas edilib.

Sahil xidmətinin yaydığı məlumatda bildirilir ki, Afrikadan Avropaya getmək istəyən 1000-ə yaxın miqrant şənbə günü xilas edilib. Bununla yanaşı, batmış 10 rezin qayıqda 10 nəfər itkin düşüb. Sonradan onlardan 9-nun meyiti tapılıb.

Xilasetmə əməliyyatında "Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı da iştirak edib. Təşkilat 120 nəfərin həyatını xilas etdiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol