Menu

3-cü arvadının başını kəsdi - Zərdabda dəhşət

23.10.2016, 12:48

bicaq-qan-mainZərdab rayonunda ər arvadını qətlə yetirib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.

Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

A.Astanov R.Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol