O, bütün vilayətlərin başçılarını prezident adminstrasiyasına çağırıb
Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov təcili iclas keçirməyə qərar verib.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbər Ukrayna Ali Radasının rəsmi saytında yerləşdirilib.
Aleksandr Turçinov prezident apartında ölkədə bütün dövlət vilayət adminstrasiyalarının sədrləri ilə iclas keçirəcək.
Kiyev vaxtı ilə saat 11:00-da başlayacaq iclasda Ukraynanın şərqindəki son hadisələr müzakirə ediləcək.
Qeyd edək ki, Ukraynanın şərq vilayətlərində vəziyyət gərgin olaraq qalmaqdadır. Xarkov, Donetsk, Luqansk vilayətlərində rusiyameyilli qüvvələr etiraz aksiyalarını keçirməkdə davam edir.


Şərhlər