“Gün.az” saytının fəaliyyətini dayandırması ilə bağlı xəbərlər əsassızdır”. Bunu lent.az-a açıqlamasında saytın məsul redaktoru Emil Quliyev deyib.
Redaktor bildirib ki, saytın iş üslubunun dəyişməsi ilə əlaqədar müəyyən ixtisarlar aparılıb: “Sayt kollektivində ixtisarlar aparılıb, bu, 10 nəfərə şamil edilib. Hazırda sayt fəaliyyətini davam etdirir və belə də davam edəcək”
Qeyd edək ki, movqe.az saytı gün.az saytının sabahdan etibarən fəaliyyətini dayandıracağı barədə xəbər yayıb.
***
"Gun.az" saytı sabahdan etibarən fəaliyyətini dayandırır. Virtualaz.org movqe.az-a istinadən xəbər verir ki, kollektivdə çalışan işçi heyətin çoxu artıq işə gəlmir. Sabahdan isə sayt fəaliyyətini rəsmi olaraq dayandırır.
Bakupost.az saytında da artıq ixtisarlar var. Gun.az saytınının rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Amma saytın adının çəkilməsini istəməyən əməkdaşları faktı təsdiqləyiblər. Onlar hazırda saytda 3 nəfərin işdə qaldığını söyləyiblər.
Qeyd edək ki, gun.az və bakupost Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanovun kurasiyasına aid idi. Onu da vurğulayaq ki, Elnur Aslanovun yaradıcısı olduğu medialara böyük maliyyə vəsaitləri ayrılsa da, onların oxucu auditoriyası məhdud olub.
Onu da qeyd edək ki, bu ayın əvvəlində Elnur Aslanovun yaratdığı "Yurd TV" bağlanmışdı.


Şərhlər