Menu

Pakistanda silahlılar 200 nəfəri girov götürdü

25.10.2016, 00:34
Pakistanda silahlılar 200 nəfəri girov götürdü

Pakistanın Kvetta şəhərində naməlum silahlılar polis kollecinə hücum edib.

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Hadisə nəticəsində 200 kursantın girov götürüldüyü bildirilir. Silahlılar və kollecin mühafizəçiləri arasında atışma baş verib. Hadisə nəticəsində 7 nəfərin yaralandığı qeyd olunur.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol