Menu

«Tramp - fundamental qeyri-ciddi adam!» - Barak Obama

25.10.2016, 22:17

obama-bestAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampı «fundamental qeyri-ciddi adam» adlandırıb.

Obama bu fikri San-Diyeqoda (Kaliforniya ştatı) Demokrat partiyasının seçkiqabağı fondlarına vəsait toplanışı tədbiri zamanı baş tutan nahar fasiləsindəki çıxışında səsləndirib.

«Amerika - nəhəng ölkədir və o, hər çətinliyə tab gətirə bilər, amma heç vəchlə yol verə bilməz ki, ABŞ-ın bütün əhalisi tərəfindən prezident postuna seçilən və bizim ölkənin adından dünya işləri barədə danışan yeganə şəxs fundamental qeyri-ciddi adam olsun...» - deyə, Prezident Tramp barədə fikirini ortaya qoyub.

Ağ evin indiki sahibi demokratların namizədi Hillari Klintonu «Bütün vaxtlarda prezident postu uğrunda mübarizə aparmış insanlar arasında ən savadlı adam» adlandırıb: «Onun rəqibinə gəlincə, mən o oğlanın nə üçün bu posta yararsız olduğu barədə uzun-uzadı danışmaq istəmirəm. Nədən ki, hər dəfə o özü sadəcə ağzını açarkən, siz mənim dediklərimin yeni təsdiqinin şahidi olursunuz».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol