Menu

Azərbaycan səfirliyinin saxta pasport verdiyi şəxs tutuldu - Təfərrüat

26.10.2016, 11:31
Azərbaycan səfirliyinin saxta pasport verdiyi şəxs tutuldu - Təfərrüat

1998-ci ildə hərbi xidmətdən yayınaraq Rusiyaya qaçmış Azərbaycan vətəndaşı həbs edilib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Çeropovets şəhərində baş verib.

Əslində azərbaycanlı Çeropovetsdə başqa əməlinə görə - qəsdən başqasının əmlakına ziyan vurduğu üçün məhkəməyə çıxarılıb. Amma məhkəmə zamanı məlum olub ki, o, 18 ildir beynəlxalq axtarışdadır.

İlkin araşdırmadan sonra o da məlum olub ki, 2000-ci ildə o, hansısa yolla Azərbaycanın Rusiyadakı səfirliyindən başqa adamın adına pasport da əldə edib.

Hazırda onun bu və digər əməlləri də araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol