Menu

Sakit okeanda gəmi yanıb! – Göyərtəsində 52 nəfər olub

26.10.2016, 14:30
Sakit okeanda gəmi yanıb! – Göyərtəsində 52 nəfər olub

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Tayvana məxsus «Chin Chun» balıqçı trauler gəmisi Sakit okeanda, Yaponiya sahillərindən 510 kilometr məsafədə digər gəmi ilə toqquşduqdan sonra, yanmağa başlayıb. Hadisə yerinə xilasedicilər göndərilib. Məlumatı «Kiodo» agentliyi yayıb.

«Chin Chun» gəmisinin göyərtəsində 52 nəfər olub. Agentlik bildirir ki, hələlik zərərçəkmişlər və gəminin toqquşduğu digər gəmi barədə məlumat yoxdur.

İnsident Miyako şəhərindən (İvate əyaləti) şərq istiqamətdə baş verib. Ardınca Yaponiyanın sahil xidməti fəlakət siqnalı alıb və yanan Tayvan gəmisinə kömək üçün gözətçi gəmiləri göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol