Menu

Türkiyə "Fərat qalxanı" əməliyyatının məqsədini açıqladı

26.10.2016, 15:19
Türkiyə "Fərat qalxanı" əməliyyatının məqsədini açıqladı

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad olunmasınadək "Fərar qalxanı" çərçivəsində hərbi əməliyyatları davam etdirəcək.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin məqsədi regionun İŞİD terrorçularından təmizlənməsidir: "Bu region qaçqınların öz evlərinə qayıtması üçün təhlükəsiz olmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol