Menu

Tuncay Şanlı baş məşqçi oldu

26.10.2016, 19:46
Tuncay Şanlı baş məşqçi oldu

Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlı məşqçilik karyerasına başlayıb.

Qol.az-ın məlumatına görə, o, 3-cü liqa təmsilçisi "Sakaryaspor”un baş məşqçisi təyin olunub.

Klubun rəsmi saytında yer alan xəbərə görə, Tuncayın köməkçiləri Məhmət Aurelio və Mohamed Əli Kurtuluş olacaq.

Qeyd edək ki, "Sakaryaspor” 34 yaşlı Tuncayın ilk klubu olub. O, bundan başqa "Fənərbaxça", "Midlsbro", "Stok Siti" "Volfsburq", "Bolton" və "Bursaspor" kimi komandalarda da çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol