Menu

Kiyevdə hakimiyyət Donbass üzərində nəzarəti itirdiyini etiraf edib

30.04.2014, 22:24
Kiyevdə hakimiyyət Donbass üzərində nəzarəti itirdiyini etiraf edib

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov etiraf edib ki, hakimiyyət ölkənin şərqinin böyük bir hissəsinə və Donetskə nəzarəti itirib. Həmin ərazidə silahlı adamlar inzibati binaları zəbt edir. Turçinov xatırladıb ki, Luqanskda təhlükəsizlik xildməti, prokurorluq və vilayət administrasiyasının binaları zəbt edilib. Gecə isə daxil işlər nazirliyinə hücumun qarşısı alınıb.

Turçinov daxili işlər nazirindən vilayət daxili işlər idarələrinin rəhbərlərini işdən çıxarmağı tələb edib. «Hüquq mühafizəçisi adlanan bunlar Ukraynanın satıb və terrorçularla əməkdaşlıq edir. Onlar qanun qarşısında cavab verəcək», - deyə Turçinov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol