Menu

Ermənistan separatçı rejimə yardımı artırır

27.10.2016, 15:13
Ermənistan separatçı rejimə yardımı artırır

Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimə büdcə kreditinin miqdarını artıracaq.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda hökumətin bugünkü iclasında qərar qəbul edilib.

2015-ci ilin dekabr ayındakı qərara görə, Qarabağdakı sepratçılara bu il 47 milyard 267 min dram (100 milyon dollara yaxın) kredit verilib.

Separatçı rejimin büdcə xərclərinin ödənilməsi üçün Ermənistan daha 3 milyard 303,5 milyon dram ayıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol