Menu

Rusiya Ermənistanın tanklarını modernləşdirir

27.10.2016, 16:33
Rusiya Ermənistanın tanklarını modernləşdirir

Rəsmi İrəvan və Moskva Ermənistan Silahlı Qüvvələrinin ixtiyarında olan T-72 əsas döyüş tanklarının modernləşdirilməsi üzrə irimiqyaslı proqrama başlayıb.

Bu barədə "Report" "İzvestiya"ya istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan təkmilləşdirmə üzrə işlərin başladığını bildirib. Onun sözlərinə görə, modernləşdirililəcək hərbi nəqliyyat vasitələrinin sayı və işlərin tamamlanma tarixi dəqiq müəyyənləşməyib.

Tanklar T-72B4 səviyyəsinə qədər təkmilləşdiriləcək.

Nəşr əsas işlərin Ermənistanda həyata keçiriləcəyini, başqa sözlə, xərclərin az, təkmilləşməsi mümkün tankların sayının isə çox olacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol