28.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6381 manat səviyyəsində müəyyən olunub.
Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.
Oktyabrın 27-də USD/AZN rəsmi məzənnəsi 1,6291 manat səviyyəsində olub.
Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.
Xəbər verdiyimiz kimi, 27 oktyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir. Hərrac 1 ABŞ dolları üçün 1,6291 məzənnəsi ilə başlamış və 1,6361 məzənnəsi ilə yekunlaşıb.


Şərhlər