Menu

“Atletiko” adını finala, Arda tarixə yazdırdı -FOTO

01.05.2014, 01:42
“Atletiko” adını finala, Arda tarixə yazdırdı -FOTO

Çempionlar Liqasının ikinci finalçısının da adı məlum oldu. İkinci oyun günündə Londonun "Çelsi" klubu öz meydanında Madridin "Atletiko" klubunu qəbul edirdi. Birinci oyun qolsuz bərabərliklə başa çatmışdı. Təkrar oyunda "Atletiko" rəqib meydanında 3-1 hesablı qələbə qazanıb. Mayın 24-də Lissabonun "Eştadiu du Benfika" stadionunda keçiriləcək finalda Madridin iki klubu "Real" və "Atletiko" qarşılaşacaq.

Türk futbolçu Arda Turan da tarix yazıb. Madrid “Atletiko”sunun şərəfini qoruyan Arda Turan “Çelsi” ilə oyunda qol vurub və Çempionlar Liqasının yarımfinalında qol vuran ilk türk futbolçu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol