Menu

Erməni əsgər yol qəzasında ölüb

27.10.2016, 22:30
Erməni əsgər yol qəzasında ölüb

Ararat vilayətində baş verən yol qəzasında Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.

Modern.az saytı Ermənistan mediasına istinadən bildirir ki, oktyabrın 26-dan 27-nə keçən gecə 01 radələrində “Oplel Astra” yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan 19 yaşlı əsgər David Vardanyan aldığı xəsarətdən ölüb.

Avtomobildəki digər 3 nəfər, 20 yaşlı Filip Mkrtçyan, 21 yaşlı Albert Qevorkyan və 14 yaşlı T. Qalstyan xəsarətlərlə Yerevandakı “Erebuni “xəstəxanasına yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol