Ermənistan prezidentinin sərəncamı ilə hökumətin yeni üzvləri təyin olunub. Belə ki, Aramis Qriqoryan təbiəti mühafizə, Gürcüstandakı səfir Ovannes Manukyan ədliyyə, Edvard Zakaryan isə energetika və təbii resurslar naziri təyin ediliblər.
Musavat.com-un erməni saytına istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat xidməti rəsmi açıqlama yayıb. Maraqlıdır ki, yeni nazirlərin hamısı Köçəryan komandasının üzvləridir.


Şərhlər