Menu

9707 terror aktında 17 800 nəfər ölüb

01.05.2014, 07:14
9707 terror aktında 17 800 nəfər ölüb

“Əl-Qaidə”nin fəallığı səngisə də, tərəfdaş qruplaşmaların hesabına təsiri yüksək olaraq qalır.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ dövlət departamentinin yaydığı məlumatda bildirilir.

2012-ci illə müqayisədə, terror aktlarının sayı 43% artıb. Ötən il dünyada 9 707 terror aktı törədilib, nəticədə 17 800 ölüb, 32 500 nəfər xəsarət alıb.

Terror aktlarının əksəriyyəti Əfqanıstanda, Hindistanda, İraqda, Nigeriyada, Pakistanda, Filippində, Somalidə, Suriyada, Tailandda və Yəməndə baş verib.

“Əl-Qaidə” və onun tərəfdarları hələ də Birləşmiş Ştatlar, bizim müttəfiq və maraqlarımız üçün başlıca təhlükə mənbəyidir” – sənəddə vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol