Menu

Medvedev Karapetyanla danışıqlar aparıb

28.10.2016, 09:22

medvedev1Rusiyanın baş naziri Dmitri Medvedev erməni həmkarı Karen Karapetyan ilə görüşüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş Avrasiya Hökumətlərarası Şurasının ötən gün Minskdə keçirilən iclası çərçivəsində baş tutub.

Görüşün detalları açıqlanmır.

Bundan əvvəl Medvedev belaruslu həmkarı Andrey Kobyakov ilə görüşüb. Baş nazirlər iki ölkənin iqtisadi əməkdaşlığındakı problemlərin həllinin mümkün olduğuna əminliyini ifadə ediblər.

Danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol