Menu

Prokurorluq "Ayna- Zerkalo" qəzetində AXTARIŞ aparıb: Elçin Şıxlının komputeri müsadirə olunub

01.05.2014, 11:04
Prokurorluq "Ayna- Zerkalo" qəzetində AXTARIŞ aparıb: Elçin Şıxlının komputeri müsadirə olunub

“Baş Prokurorluqda dindirilməyə dəvət edilməmişəm. Bundan sonra hansı Raufr Mirqədirovla bağlı hansı müdafiə tədbirlərini görəcəyimiz tədqiqatın gedişatından asılıdır. Məsələn, Ukrayna Jurnalistlər Birliyindən dəstək məktubu gəlib. Rauf Mirqədirovun atası da Prezidentə müraciət edib. Hələ ki səs-səmir yoxdur. Deyəsən, müraciətlərin əhəmiyyəti bir o qədər hiss olunmur. Amma hər halda bir o qədər də səs-küy salmadan əlimizdən gəldiyi qədər işlərimizi görməliyik”. Bunu Modern.az-a açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib.

Baş redaktor bildirib ki, redaksiya ofisində də axtarış aparılıb: “Təbii, məni də dindirilməyə çağıracaqlar. Yəni 10 gündür “Aynba/Zerkalo” redaksiyada da axtarış aparılıb, baxış keçirilib. Biz səs salmamışıq. Məsələn, mənim kompüterimi aparıblar. Nə yoxlayırlar hələ bilmirəm. Belə şeylər var. Sadəcə olaraq işlərini görsünlər, görək nə olur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol