Menu

"O Səs Türkiyə"nin münsifləri nə qədər qazanır?

28.10.2016, 16:38
"O Səs Türkiyə"nin münsifləri nə qədər qazanır?

Ebru Gündeşin ayrılığının ardından bu il münsif heyətinə Sibel Canı qatan "O Ses Türkiyə"də, münsif üzvlərinin aldıqları ödənişlər Türkiyədə böyük təəccüblə qarşılanıb.

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmaya bu il qatılan Sibel Can həftəlik 100 min TL qazanır.

Münsiflərin ən köhnə üzvləri Hadise ilə Murat Bozun ödənişləri isə bu il dəyişməyib

Onlar da bu mövsüm həftəlik 85 min TL-yə imza atıb. "Athena" qrupunun  əkizləri Gökhan-Hakan Özoğuza həftəlik ümumi 90 min TL ödənir. Üç ildir münsif olaraq vəzifə aldığı "O Ses Türkiyə"dən  ayrılan Ebru Gündeş də ən son həftəlik 100 min TL qazanırmış.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol