Menu

"Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub" - Rusiya XİN

28.10.2016, 22:28
"Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub" - Rusiya XİN

Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.

"RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb.

“Mərmilərdən biri diplomatik missiyanın girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,- məlumatda qeyd olunur.(APA)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol