Menu

Suriya hakimiyyəti müxalifətlə danışıqlara hazırdır!

29.10.2016, 18:17

Ozgur_Suriya_Ordusu_020812AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, başçısı Bəşər Əsəd olan Suriya hakimiyyəti müxalifətlə danışıqlara hazır olduğunu bildirib. Bu barədə Bəşər Əsədin müşaviri Buseyn Şaaban «Rossiya 24» telekanalının eəfirindən bəyan edib.

«Biz, bu danışıqları bərpa etməyə tam hazırıq, bir şərtlə ki, digər tərəfi təşkil edən Suriya müxalifəti də öz növbəsində, buna hazır olsun. Bundan başqa, bz indi çox əhəmiyyətli istiqamət üzrə - Suriyada milli barışığa doğru gedirik» - deyə, Şaaban onu da qedib ki, bu istiqamətdə ölkə ərazisinin bir hissəsində müəyyən uğurlar əldə olunub.

Onun sözlərinə görə, Suriya hökuməti siyasi proseslərə açıqdır. «Müxalifətlə problem ondadır ki, onun hər bir qismi xarici ölkədən - Səudiyyə Ərəbistanından, Qətərdən, Türkiyədən pul alır. Bu, hansısa bir milli müxalifət deyil»-deyə, müşavir əlavə edib.

«Məhz Qərbin müdafiəsindən yararlanan terrorçular ona gətirib çıxartdılar ki, ölkədə elan olunmuş humanitar pauza bir uğur gətirmədi» - Əsədin müşaviri bu fikirdədir.

Şaaban hesab edir ki, Qərb Yaxın Şərqdəki situasiyadan istifadə edir: «Onlar istəyirlər ki, biz təkrar olaraq sünnü, şiə dövlətinə çevrilək, amma biz milli dövlətik. Biz o ölkəyik ki, orada müxtəlif millətlər yaşayır. Biz güclü - özünü qorumağa və öz sivilizasiyasını müdafiə etməyə hazır olan bir dövlət kimi qalmaq istəyirik».

Müşavir qeyd edib ki, düyanın gerçəkdən çoxqütblüyə çevrilməsi üçün azı, 10 il lazım gələcək: «Belə bir dünyada Qərb nəhayət anlayacaq ki, öz iradəsini Suriyaya və ya haqsısa digər bir ölkəyə sırıya bilməyəcək».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol