Menu

ABŞ hərbi kəşfiyyat xərclərini açıqladı

29.10.2016, 22:17
ABŞ hərbi kəşfiyyat xərclərini açıqladı

ABŞ hərbi kəşfiyyatına bu il 17,7 milyard dollar xərclənib.Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Pentaqon kəşfiyyat xərclərinin dərc edilməsinin ölkənin milli maraqlarına zərbə vurmadığını bildirib.

Qeyd edək ki, ABŞ hökuməti 2016-ci ildə kəşfiyyat fəaliyyəti üçün 53,9 milyard dollar pul ayırıb. Bu pulun 17,9 milyard dolları hərbi kəşfiyyat üçün nəzərdə tutulub.

2017-ci ildə ABŞ müdafiə xərcləri üçün 602 milyard dollar büdcə müəyyənləşdirilib. Ayrılan məbləğin 523,9 milyard dolları ölkənin müdafiə qabiliyyətini artırmaq üçün xərclənməlidir. Üstəlik, ABŞ Avropada hərbi mövcudluğunu gücləndirmək üçün xərclərini 800 milyon dollar artıraraq 3,4 milyard dollara çatdıracaq. 58,8 milyard isə Pentaqona xarici ölkələrdə hərbi və xüsusi əməliyyatlar keçirməyə görə veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol